AZ

Bu evlərə kupça verilməyəcək

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda 400 mindən çox sənədsiz evin olduğu bildirilir. Uzun illərdir müxtəlif səbəblərdən hüquqi status ala bilməyən bu tikililərin mərhələli şəkildə sənədləşdirilməsi planlaşdırılır. Proses minlərlə ailənin mülkiyyət hüququnun tanınması baxımından mühüm addım kimi qiymətləndirilir. Bununla belə, bütün evlərin sənədləşdirilməsi mümkün deyil. Qanunvericiliyin tələblərinə uyğun gəlməyən bəzi tikililərə sənəd verilməsi istisna olunur. Bu isə həmin evlərin taleyi ilə bağlı sualları açıq saxlayır.Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, iki cür qanunsuz tikili var:"Bunlardan biri torpaq sahəsinin təyinatı uyğun olmadığı halda üzərində tikinti işləri aparılan evlərdir. Məsələn, torpağın təyinatı kənd təsərrüfatıdır, lakin həmin ərazidə yaşayış sahəsi inşa olunub.

Digər hal isə hər hansı sənədləşmə aparılmadan, torpaq sahəsinin ümumiyyətlə sənədi olmadan tikilən evlərdir. Bu cür tikililər istər birdəfəlik, istərsə də mərhələli şəkildə həyata keçiriləcək əmlak amnistiyasının predmetinə daxil ola bilər. Yəni həmin qanunsuz tikililərə sənəd təqdim olunması ehtimalı böyükdür".Ekspert deyib ki, elə evlər də var ki, onlar yüksək gərginlikli elektrik xətlərinin altında inşa olunub:"Həmçinin qanunla qorunan xətlərin üzərində, meşə zolaqlarında və strateji obyektlərin yaxınlığında tikilən evlər mövcuddur. Bu cür qanunsuz evlər ümumiyyətlə sənədlə təmin oluna bilməz. Çünki həmin ərazilərdə tikinti işləri normativlərə və qanuna əsasən qadağandır.Belə evlər mülkiyyət sənədi almaq imkanından məhrum olacaq və mütləq söküntüyə məruz qalacaq. Yalnız o halda sənəd verilməsi mümkündür ki, həmin ərazidə çoxsaylı tikililər olsun və onların köçürülməsi maliyyə baxımından daha asan başa gəlsin. Əgər yüksək gərginlikli elektrik xəttinin köçürülməsi daha məqsədəuyğundursa, bu variant seçilə bilər.Əks halda, söhbət tək-tək evlərdən gedirsə, həmin tikililər mütləq söküləcək və onlara sənəd verilməyəcək. Qeyd olunan digər hallarda isə, torpaq sahəsinin təyinatı uyğun gəlmədiyi və ya qeydiyyat prosedurları aparılmadan inşa edildiyi üçün qanunsuz sayılan evlərin sənəd əldə etmə ehtimalı böyükdür".Göründüyü kimi, sənədsiz evlərin taleyi birbaşa onların yerləşdiyi ərazinin təhlükəsizlik və infrastruktur normalarına uyğunluğundan asılıdır. Mülkiyyət hüququnun tanınması minlərlə vətəndaşın illərdir davam edən probleminə son qoysa da, strateji ərazilərdəki qanunsuz tikililərin aqibəti hələ də sual işarəsi olaraq qalır.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
demokrat.az

1Mənbələr