AZ

Ələkrəm Hümbətov AXC nin siyahısına necə düşüb? Açıqlama

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, sabiq baş nazir Pənah Hüseyn Azərbaycan Xalq Hərəkatı ilə bağlı siyahı yayıb. Həmin siyahıda Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzinin (AXC TM) üzvlərinin yer aldığı siyahıda xüsusilə separatçı fəaliyyətlə məşğul olan və özünü “talış muğan respublikası” adlı qondarma rejimin “prezidenti” adlandıran Ələkrəm Hümbətovun adı diqqət çəkib.

Globalinfo.az-a danışan sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Əlikram Hümbətovun hansı səbəbdən separatçı fəaliyyəti ilə məşğul olduğundan xəbərsiz olduğunu bildirib:

“Bəli, adam AXC TM-nin üzvü idi, sonradan əqidəsini dəyişdi. Bilirsiniz, əvvəllər də müxtəlif partiya üzvü olmuş, lakin sonradan əqidəsini dəyişmiş, Azərbaycan xalqına, dövlətinə qarşı çıxmış adamlar olurdu. Bu, tarixən var olub, indi də var. Ələkrəm Hümbətov 1990-cı ilin yanvar ayından AXC-dən çıxıb. O, “talış muğan respublikası” adlı üzdəniraq separat qurumu xeyli sonra yaratdı”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
globalinfo.az

1Mənbələr