AZ

Tranzit dəhlizləri Azərbaycan və İranın mənafeyini təmin edəcək - Sadeq

Bakı. Trend:

Tranzit dəhlizləri, kommunikasiya əlaqələri Azərbaycan və İranıniqtisadi mənafeyini təmin edəcək və regionda sülhü təminedəcək.

Trend xəbərevrir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq Bakıdakeçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrəAzərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında deyib.

Onun sözlərinə görə, ötən iki ildə ikitərəfli ticarət dövriyyəsi650 milyon dollar təşkil edib.

Nazir bildirib ki, İran və Azərbaycanın əsasını təşkil etməsiilə ikitərəfli və çoxtərəfli razılaşmalar ciddi şəkildəizlənilir.

"Tranzit və yükdaşıma iki ölkənin ən önəmli stratejiəlaqələrinin sahələrindən biridir. Ötən il 120 mindən çox İran yükmaşını Azərbaycana və 50 mindən çox Azərbaycan yük maşını İranakeçib. Bu statistika iki ölkə arasında yükdaşımanın böyük əhəmiyyətkəsb etdiyini göstərir", - deyə o qeyd edib.

İranlı nazirin sözlərinə görə, iki ölkə arasında 2030-ci iləqədər yükdaşımaların bir neçə dəfə artırılması məqsədilə sərhədərazilərdə infrastrukturların yaradılması və inkişaf etdirilməsiistiqamətində işlər görülür:

"İran ərazisində Culfa-Kəlalə avtomobil yolunun təmir olunmasıvə tunellərin tikilməsi ilə genişləndirilməsi həyatakeçirilir".

Məqalədə:
Seçilən
11
4
az.trend.az

5Mənbələr