Bakının Binəqədi rayonunda yerləşən dayanacaqlardan biri yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, bir neçə gündür dayanacağın şüşələri qırılıb, konstruksiya hissələri dağıdılıb və ərazi təhlükəli vəziyyətdə qalıb. Ətraf əraziyə səpələnmiş şüşə qırıntıları xüsusilə məktəbə gedən uşaqlar və ictimai nəqliyyatdan istifadə edən sakinlər üçün risk yaradır.
Xezerxeber.az-ın məlumatına görə, hətta ərazidəki elektrik xətləri də kəsilib.
Sakinlərin sözlərinə görə, ərazinin bu vəziyyətdə olması təhlükə mənbəyidir.
Burdan mütəmadi istifadə edənlərin sözlərinə görə, dayancaq bir necə gündür bu vəziyyətdə olsa da yerdəki qalıqları təmizləyən yoxdur.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik.
Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvanda dayanacaq pavilyonu qəza nəticəsində zərər görüb. Qəzalı pavilyon məntəqədən götürülüb. Ərazidə yeni pavilyon quraşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.