AZ

Şəhidimiz Məhəmməd Zeynalovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Məhəmməd Zeynalov 1997-ci il fevralın 23-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 16-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Məhəmməd Zeynalov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad, xatirəsi əbədi olsun!

Seçilən
12
qht.az

1Mənbələr