AZ

Ukrayna ordusu 8 kəndi azad etdi, 1400 km dəki zavodu məhv etdi

ain.az, Bakupost saytına istinadən bildirir.

Son günlər ərzində Ukrayna cəbhəsində baş verən iki hadisəni/prosesi xüsusilə vurğulamaq lazımdır. Söhbət bir tərəfdən Ukrayna Silahlı Qüvvələrinin irəliləyişindən, digər tərəfdən isə təxminən 1400 km məsafədə yerləşən strateji obyektə “Flaminqo” raketilə zərbədən gedir.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

Onun fikrincə, Dnepropetrovsk və Zaporojye vilayətləri arasındakı istiqamət öz-özlüyündə strateji baxımdan həssas zonadır:

“Bu zonada mümkün irəliləyiş Rusiyanın cənub qruplaşmasının mövqelərini zəiflədə və logistikasını çətinləşdirə bilər. Bu günə qeyri-rəsmi məlumata görə USQ sözügedən istiqamətdə 300 km² və 8 yaşayış məntəqəni azad edib.

“Starlink”lərin söndürülməsindən sonra Rusiya ordusunda bölmələr arası rabitədə yaranan problemlər USQ-nin irəliləyişini asanlaşdırır. Digər ciddi faktorlardan biri də odur ki, Rusiya hərbi qüvvələri geri çəkilərək yeni mövqelərdə müdafiəni qura bilmir və davamlı şəkildə geri çəkilməyə məcburdur.

USQ Rusiyanın əsas raket istehsalı müəssisələrindən birinə zərbə endirib. Votkinsk zavodunda "Topol", "Topol-M", "Yars", "İsgəndər" və digər raketlər istehsal olunur. Zavod Ukrayna sərhədindən 1400 km məsafədə yerləşir. Məsələnin əsas tərəfi odur ki, zərbə dronlarla yox, "Flaminqo" raketlərilə endirilib və zərbə sonrası görüntülərdə zərbənin gücü görünür. Zərbə 19 nömrəli sexə endirilib və təkcə sexin damındaki deşik 24×30 m-dir, təsəvvür edin! Sexin daxilində nəyinsə "salamat" qalması qeyri-mümkün görünür.

USQ-nin belə məsafələrə yerləşən stateji obyektlərə artıq 50-60 kq partlayıcı maddə daşıyan dronlarla yox, 500-1000 kq partlayıcı maddə daşıyan raketlərlə zərbələr endirməsi praktik dağıdıcı effekt verəcək.

Bu sahədə artıq söz Ukrayna hərbi-sənaye kompleksindədir:

1) "Flaminqo"ların istehsalını kütləviləşdirmək;

2) İstehsal müəssisələrinin havadan müdafiəsini gücləndirmək”.

Asena,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
www.bakupost.az

1Mənbələr