AZ

Polşa təhlükəsizlik qüvvələri casusluqda şübhəli bilinən Belarus vətəndaşını saxlayıblar

Berlin, 23 fevral, AZƏRTAC

Polşanın təhlükəsizlik orqanları bu ölkənin və NATO-nun strateji əhəmiyyətli bir sıra müdafiə obyektlərini izləməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Varşava prokurorluğu Belarus vətəndaşı olan həmin şəxsin 2024-cü ilin iyunundan etibarən Polşa, Almaniya və Litvada məlumat topladığını açıqlayıb. Onun kritik infrastruktur obyektlərini və hərbi qurğuları müşahidə etdiyi bildirilir. Həmin obyektlər arasında Polşa və NATO-nun müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən qurumlar da var.

Hazırda istintaq təcridxanasında saxlanılan həmin şəxslə bağlı iş üzrə Polşa, Almaniya və Litvanın hüquq-mühafizə orqanları birgə əməkdaşlıq edirlər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
12
2
azertag.az

3Mənbələr