Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Real Madrid" klubunun və Niderland millisinin müdafiəçisi Din Xeysen sosial şəbəkədə irqçi məzmunlu memi paylaşdığı üçün Çin vətəndaşlarından üzr istəyib.
BAKU.WS xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.
Futbolçu profilində bir şəxslə bağlı video repost edib. Həmin videoya istifadəçilər tərəfindən "hətta çinlilər də onu çinli adlandırır" və "onun gözlərini diş sapı ilə bağlamaq olar" kimi təhqiramiz şərhlər yazılıb.
20 yaşlı oyunçu videonu paylaşdıqdan sonra məsələ ictimailəşib və o, Çin vətəndaşlarından üzr istədiyini bildirib.
"Çinli dostlarımdan səmimi qəlbdən üzr istəyirəm. Daha əvvəl bilmədən təhqiramiz məzmun paylaşmışam", – deyə futbolçu qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.