AZ

Beynəlxalq Ana Dili Günü münasibətilə maarifləndirici görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq Ana Dili Günü münasibətilə “Rəsmi-işgüzar üslubda Azərbaycan ədəbi dilinin düzgün yazı qaydaları” mövzusunda təlim proqramı təşkil olunub.

Filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə tərəfindən keçirilən təlimdə Nazirliyin əməkdaşlarına rəsmi-işgüzar üslubun əsas xüsusiyyətləri, məktub və ərizə formalarının düzgün tərtibi, terminoloji dəqiqlik prinsipləri, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilən müvafiq tövsiyələr və qüvvədə olan orfoqrafiya qaydaları barədə ətraflı məlumat təqdim edilib.

Təlimin əsas məqsədi əməkdaşların rəsmi sənədlərin hazırlanması prosesində Azərbaycan ədəbi dilinin normalarına düzgün və ardıcıl şəkildə əməl etmə bacarıqlarının artırılması, yazılı ünsiyyətdə vahid və peşəkar üslubun formalaşdırılmasıdır.

Seçilən
23
ekologiya.az

1Mənbələr