AZ

“Böyük Dəbilqə”də 19 cüdoçumuz mübarizə aparacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 27 fevral – 1 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turniri keçiriləcək. 

Apasport.az xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.

Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Millimiz hazırlıqlara start verdi

Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək

Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular bəlli olub

"İstedadların seçimi" yarışının I turu start götürəcək

Seçilən
13
1
apasport.az

2Mənbələr