AZ

Türk alimləri Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdiriblər

İstanbul, 23 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyə alimləri Ege Üniversitetində həyata keçirilən və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən dəstəklənən layihə çərçivəsində Ay və Mars torpağına bənzər mühitdə pomidor yetişdirməyə nail olublar.

AZƏRTAC xəbər verir ki, tədqiqatlarda ABŞ-dan gətirilən Ay və Mars regolitinə bənzər materiallardan istifadə olunub.

Növbəti mərhələdə pomidorların keyfiyyəti və stresslə əlaqəli molekulyar mexanizmlər araşdırılacaq.

Araşdırma Ay və Marsda qurulması planlaşdırılan koloniyalar üçün regolitlərin kənd təsərrüfatına yararlı hala gətirilməsinə töhfə verməyi hədəfləyir.

Seçilən
11
2
azertag.az

3Mənbələr