AZ

Dini liderin devrilməsi planı masada Ordu bunu yüksək riskli hesab edir...

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trump diplomatik tədbirlər və ya məhdud hərbi zərbələrin Tehranın nüvə proqramından imtinasına gətirib çıxarmayacağı təqdirdə, daha genişmiqyaslı əməliyyat variantını nəzərdən keçirə bilər.

“AzPolitika” bildirir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən yazıb.Qəzetin məlumatına görə, yekun qərar hələ qəbul edilməyib. Lakin Trampın yaxın günlərdə zərbə endirilməsi variantına meylli olduğu bildirilir. Məqsəd İran rəhbərliyini nüvə silahı proqramından geri çəkilməyə məcbur etməkdir.

Mənbələrin sözlərinə görə, mümkün hədəflər sırasında İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı, İranın nüvə obyektləri və ballistik raketlərin hazırlanması mərkəzləri var.

Eyni zamanda, Trampın müşavirləri ilə müzakirələrdə bildirildiyi iddia olunur ki, əgər ilkin tədbirlər nəticə verməsə, 2026-cı ilin sonlarında İranın ali dini lideri Ali Xamanei hakimiyyətinin devrilməsi məqsədilə daha genişmiqyaslı hücum istisna edilmir.

Nəşrin yazdığına görə, daha əvvəl ABŞ xüsusi təyinatlı qüvvələrinin İranın, o cümlədən dərinlikdə yerləşən və adi silahlarla vurulması çətin olan uranın zənginləşdirilməsi obyektlərinə qarşı reydləri müzakirə olunub.

Lakin bu ssenari yüksək riskli hesab edilib. Belə ki, əməliyyat uzunmüddətli hərbi mövcudluq tələb edə bilər. ABŞ rəsmilərinin sözlərinə görə, diversiya missiyası ilə bağlı planlar hazırda təxirə salınıb.

Mənbələr bildirir ki, ABŞ ordusunun müxtəlif qoşun növlərinin nümayəndələri İranla mümkün uzunmüddətli müharibənin ABŞ-nin hərbi səviyyəsinə mənfi təsir göstərə biləcəyindən narahatdır.

Xüsusilə, Hərbi Dəniz Qüvvələrinin gəmilərinin döyüş qabiliyyəti, “Patriot” zenit-raket komplekslərinin çatışmazlığı, eləcə də nəqliyyat və kəşfiyyat aviasiyasının yüklənməsi riskləri qeyd olunur.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
azpolitika.info

1Mənbələr