AZ

Bu ölkə Aİ-yə üzv olma prosesini sürətləndirmək üçün yeni addım atdı

İslandiya 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) qoşulma prosesini bərpa etmək üçün referendum keçirə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, ölkə parlamenti yaxın həftələrdə xalq səsverməsinin tarixini elan edəcək.

"Kağız üzərində bu, o qədər də çətin olmaz, bəlkə də yalnız bir il kifayət edər”, - deyə adı açıqlanmayan yüksək vəzifəli Avropa rəsmisi nəşrə bildirib.

Məlumata görə, əgər islandiyalılar referendumda avrointeqrasiyanı təsdiqləsələr, Şimali Avropa dövləti Aİ-yə digər namizədlərdən daha tez qoşula bilər.

Seçilən
11
publika.az

1Mənbələr