AZ

Bakıda dəhşətli səhlənkarlıq: Kuryeri vurdu, yerdəykən hərəkətə başladı REAL VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paytaxtda qayda pozan sürücü qəzaya səbəb olub. 

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 19-da saat 19:37 radələrində qeydə alınıb.

Videodan məlum olur ki, əks istiqamətli yolda olan “Ford” markalı avtomobilin sürücüsü sola dönən zaman sağ zolaqdakı “Wolt”un kuryerinin idarə etdiyi motosikletə üstünlük verməyərək onu vurur.

Zərbənin təsirindən motosikletçi maşına çırpılaraq asfalta yıxılır.

Kadrlardan görünür ki, zərərçəkmiş hələ ayağa qalxmamış qəzanı törədən sürücü hərəkətə başlayır və bu zaman onun üzərindən keçmək təhlükəsi yaradır.

Daha sonra isə o, hadisə yerində dayanmayaraq yoluna davam edir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
avtosfer.az

1Mənbələr