AZ

Oruc tutmayanlar iftar süfrəsinə gedə bilərlərmi? İlahiyyatçı

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Hazırda Ramazan ayıdır və bu məqsədlə iftar zamanı imkanı olan şəxslər iftar süfrəsi açır.

İftar süfrəsi əsasən oruc tutanlar üçün verilsə də, oruc tutmayan insanlar da bu süfrəyə dəvət olunur.

Maraqlıdır, bəs din bu mövzuya necə yanaşır?

Bu barədə Gununsesi.info-ya ilahiyyatçı Elşad Miri danışıb.

O bildirib ki, iftar süfrəsi oruc tutanlar üçündür, amma…

“Oruc tutmayanlar da bu süfrədə əyləşə bilərlər. İslam dinində bu məsələ ilə bağlı bir qadağa yoxdur. Əsas iftar verənin də, ora gedənin də niyyətidir. Məsələn, bəlkə kimsə həmin süfrədə oruc tutmaq qərarına gəldi? Bir sözlə, burada bir qəbahət yoxdur”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
icma.az

1Mənbələr