AZ

Rusiyada “Pantsir” HHM sistemləri üçün zenit idarəolunan raketlər qoşunlara çatdırılıb

“Yüksək Dəqiqlikli Koplekslər” holdinqi Rusiya Müdafiə Nazirliyinə “Pantsir” ailəsinə aid hava hücumundan müdafiə (HHM) sistemləri üçün zenit idarəolunan raketlər (ZİR) tədarük edib.

“Poliqon” “Yüksək Dəqiqlikli Koplekslər”ə istinadən xəbər verir ki, qoşunlara həm standart ZİR-lər, həm də yaxın mənzilli ələkeçirmə üçün nəzərdə tutulmuş mini-ZİR-lər göndərilib.

“Pantsir” kompleksləri üçün yaxın mənzilli ələkeçirmə raketləri buraxılış qurğularının istiqamətləndiricilərində raket sayını 12-dən 48-ə qədər artırmağa imkan verir. Eyni zamanda, məhvetmə vasitələrinin sayı standart zenit idarəolunan raketlərlə mini-ZİR-lərin kombinasiyasından asılı olaraq dəyişə bilər.

Qeyd olunub ki, “Pantsir” ailəsi hava hücumundan müdafiə vasitələri arasında ən effektivlərdən biridir. Onlar Rusiya səmasını etibarlı şəkildə qoruyur və real şəraitdə öz xüsusiyyətlərini təsdiqləyir. Hazırda kompleks standart raketlərlə yanaşı, müxtəlif hədəflərə, o cümlədən kiçikölçülü pilotsuz uçuş aparatlarına qarşı mini-ZİR-lərdən istifadə edir.

Seçilən
0
poliqon.az

1Mənbələr