AZ

Bakıda sələmçini öldürənə AĞIR CƏZA verildi

Bakıda sələmçini 23 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Ölkə.Az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Daha sonra hökm oxunub.

Hökmə əsasən, Elçin Vəliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 5 sentyabr 2025-ci ildə baş verib. 1969-cu il təvəllüdlü E.Vəliyev Təravət Cəfərxanovaya 23 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Məlum olub ki, T.Cəfərova sələmçi olub, E.Vəliyev isə ondan sələmə pul götürüb.

E.Vəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci maddəsi (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
4
3
olke.az

4Mənbələr