AZ

Luka Modriç karyerasını başladığı kluba qayıda bilər

BAKI, 23 fevral. TELEQRAF

İtaliyanın "Milan" klubunun futbolçusu Luka Modriç mövsümünün sonunda komandadan ayrıla bilər.

Teleqraf "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi karyerasını başladığı Xorvatiyanın "Dinamo Zaqreb" klubuna qayıtmaq variantını nəzərdən keçirir.

"Rossoneri" rəhbərliyi xorvat oyunçunun müqaviləsindəki müddəti uzatmaq bəndindən istifadə etməkdə maraqlı olsa da, futbolçunun vətəninə dönmək istəyində olduğu bildirilir.

Qeyd edək ki, Luka Modriç cari mövsümdə "Milan"ın heyətində 28 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Modriç 2002-2008-ci illərdə Zaqreb təmsilçisinin formasını geyinib.

Seçilən
20
1
teleqraf.com

2Mənbələr