AZ

Metodist olmaq istəyənlərin DİQQƏTİNƏ!

2026-2027-ci tədris ili üzrə metodist hazırlığı müsabiqəsinə qeydiyyat davam edir.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün Bakı şəhəri və ölkənin müxtəlif regionlarında yerləşən ümumtəhsil müəssisələrində məktəbdaxili metodist kimi fəaliyyət göstərmək istəyən Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (dövlət dili), ibtidai sinif, coğrafiya, ingilis dili, fransız dili, alman dili, rus dili (xarici dil), rus dili və ədəbiyyat, riyaziyyat, biologiya, kimya, fizika, informatika, təsviri incəsənət, texnologiya, musiqi və tarix fənn müəllimləri dəvət olunurlar.

Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:

Pedaqoji təhsil;
Ən azı 5 illik pedaqoji təcrübə;
Sertifikasiya balı – 51-dən yuxarı (bu bənd sertifikatlaşdırma imtahanında iştirak etmiş müəllimlərə aiddir);
İKT bacarıqları;
Xarici dil üzrə bilik və bacarıqlar (arzuolunandır).
Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb ediləcəklər.

Qeyd: Sertifikasiya imtahanına cəlb olunmamış, lakin müsahibə mərhələsindən uğurla keçmiş müəllimlərin təlimlərə cəlb olunması onların sertifikasiya balından (51-dən yuxarı bal) asılı olaraq müəyyən ediləcək.

Qeydiyyat üçün son tarix: 1 mart 2026

Qeydiyyat üçün keçid:
//docs.google.com/forms/d/e/1FAIpQLSd5a5f2dfiD6E0jYMOqF5YyWcBMHDACQ7v7-7lIiFuoUK9X2g/viewform?usp=publish-editor

Seçilən
5
azedu.az

1Mənbələr