Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Belarus ərazisində keçiriləcək hərbi təlimləri Ukrayna üçün “böyük risk” kimi qiymətləndirib.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna lideri bu barədə Belarusun müstəqil “Zerkalo” mediasına müsahibəsində danışıb.
Zelenski bildirib ki, Belarus və Rusiya birgə hərbi təlimlər keçirmək niyyətində olduqlarını açıqlayıblar və bu proses diqqətlə izlənilir: “Mən bilirəm ki, onlar Belarus ərazisində Rusiya ilə birlikdə hərbi təlimlər barədə danışırlar. Yenə də. Biz baxacağıq ki, bu təlimlər nə qədər genişmiqyaslı olacaq. Amma əvvəlki dəfə bu təlimlər çox kütləvi xarakter alanda, Ukrayna ərazisinə hücum başladı. Buna görə də bütün bunlar Ukrayna üçün, eyni zamanda Belarus sakinləri üçün böyük risklər yaradır”.
Ukrayna Prezidenti vurğulayıb ki, belə hərbi fəallıq regionda gərginliyi artırır və mümkün eskalasiya ehtimalını gücləndirir.
Sara
NOCOMMENT.az