AZ

Sumqayıt Teatrında “Gəlinlərin savaşı” olacaq

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

1-5 mart tarixlərində Sumqayıt Dövlət Dram Teatrı görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanmış yeni komediya tamaşası “Gəlinlərin savaşı”nın premyerasını teatrsevərlərə təqdim edəcək.

525.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rejissorları isə Ümüd Abbaszadə və Ləman Məmmədlidir. Quruluşçu rəssamı, Osman Salmanov, musiqi tərtibatını sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev hazırlayıb, rejissor assistenti isə Fazilə Rzayevadır.

Səhnə əsəri ailə münasibətlərini yumor prizmasından təqdim edir: üç ərköyün gəlinlə sülhsevər qayınana arasında baş verən gərgin, lakin əyləncəli qarşıdurmalar tamaşaçılara həm güldürəcək, həm də düşündürəcək. Müdrik qayınana zəka və təmkinlə vəziyyəti nəzarətə alaraq ailədaxili harmoniyanı bərpa edir. Tamaşa ailədaxili münasibətləri komediya janrında təqdim edərək həm əyləncəli, həm də düşündürücü səhnə həlli vəd edir.

Tamaşada Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, eləcə də Məryəm Hüseynli, Aynur Hümmətova, Şəmistan Süleymanlı, Kamran Muradlı, Emil Həmidov və Şəhriyar Aşkəri çıxış edirlər.

Şahanə Müşfiq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
4
525.az

5Mənbələr