Mərkəzi Neftçilər Xəstəxanası (VÖEN – 2002193681) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti xəstəxananın 1-ci mərtəbəsində rentgen kabinetlərinin, 5-ci mərtəbəsində isə kardio cərrahiyyə və invaziv radiologiya şöbələrinin əsaslı təmir işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 2 862 412 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 3 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Murad Hüseynli - Satınalma şöbəsinin müdiri
[email protected]
+994 50 389 89 02
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 3 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Y.Səfərov küçəsi 21 ünvanına təqdim edə bilərlər.