Almaniyanın xarici işlər naziri Yohan Vadeful vurğulayıb ki, Avropa, xüsusən də Almaniya Ukraynanın yanında olacaq və Putinin buna şübhəsi olmamalıdır.
Turkustan.az xəbər verir ki, o, bunu bazar ertəsi günü Aİ həmkarları ilə görüşdən əvvəl bildirib.
Nazir bildirib ki, "Almaniyanın mövqeyi aydındır: biz indi gücümüzü nümayiş etdirməliyik, Ukraynaya ardıcıl dəstək göstərməyə davam etməliyik və keçən il etdiyimiz kimi - Rusiyaya təzyiqi artırmalıyıq".
Onun sözlərinə görə, Almaniya həmişə Ukraynanın təkcə öz suverenliyini deyil, həm də Avropada azadlığını müdafiə etdiyi mövqeyində dayanıb. O, əmin edib ki, Almaniya həmişə Ukraynanın müdafiəçisi olacaq, çünki mübarizə təkcə cəbhədə deyil, Ukrayna şəhərlərində, həm də Avropada gedir.
Diplomat vurğulayıb ki, Ukraynaya təkcə hərbi dəstəyi deyil, həm də onun enerji infrastrukturunu gücləndirmək lazımdır.
Almaniya xarici işlər naziri Macarıstanın Rusiyaya qarşı növbəti Aİ sanksiyaları paketini bloklamaq mövqeyindən təəccüblənir, ona görə də macar həmkarları ilə müzakirələr planlaşdırır və bu müzakirələr zamanı Macarıstanın mövqeyini dəyişdirməsi üçün arqumentlərini təqdim etməyə ümid edir.
Aytən Yaşar/ Turkustan.az