AZ

Dairəyə əks istiqamətdən girən sürücü maşınların qarşısına “ruh” kimi çıxdı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Suraxanı rayonu, Hövsan şosesində kobud qayda pozuntusu edən sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 22-də saat 19:00 radələrində “BakuBus” dairəsində qeydə alınıb.

Kadrlardan görünür ki, taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobil dairəvi hərəkət təşkil olunmuş yolayrıcına əks istiqamətdən daxil olub və qarşıdan gələn nəqliyyat vasitələri üçün qəza riski yaradıb.

Xoşbəxtlikdən digər sürücülər ehtiyatlı davranaraq təhlükənin qarşısını alıblar. 

Qeyd edək ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcılarda sürücülər yalnız istiqamət üzrə hərəkət etməli, əks istiqamətə daxil olmamalıdırlar.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr