AZ

ABŞ-nin İran ətrafında topladığı qüvvələr daha uzunmüddətli müharibəyə hesablanıb - ŞƏRH

"İran ətrafında vəziyyət gərginləşir. Amerika İran ətrafına, Fars körfəzinə çoxlu hərbi güc yığıb. İordaniyada, Qətərdə və digər Yaxın Şərqdə olan hərbi bazalarına çoxlu sayda raket, F-35 qırıcıları və həm də təyyarədaşıyan gəmilər yerləşdirilib. “Lincoln” gəmisi hazırda Yaxın Şərq körfəzindədir, eyni zamanda bu əraziyə əlavə olaraq ən böyük gəmi olan “Ford” gəmisi də yaxın günlərdə çatacaq. Yəni İran ətrafında, Yaxın Şərqdə vəziyyət çox gərgin olaraq qalır və eyni zamanda ABŞ Prezidenti Donald Tramp da İranın nüvə proqramını tam dayandırmağı tələb edir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirdi.

"İran nüvə proqramını dayandıra bilməyəcəklərini bildirir və israr edir ki, artıq biz Amerika ilə danışıqlara, müqavilə bağlamağa hazırıq. Bu nöqteyi-nəzərdən də İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 26-da Cenevrədə yenidən ABŞ prezidentinin nümayəndəsi Uitkofla görüşəcək və Əraqçinin bildirdiyinə görə, o, razılaşma əldə edəcəkləri haqqında düşünür. ABŞ-nin tələb etdiyi kimi, İran nüvə proqramından əl çəkmir, ancaq müəyyən müddətə bunu dayandıra bilər, uranı zənginləşdirməni azalda bilər", - o qeyd etdi.

Müsahibimiz vurğuladı ki, İran nüvə proqramından tam əl çəkmək fikrində deyil:

"Bunu açıq-aydın da bildirirlər, bu haqda İran Prezidenti Məsud Pezeşkian da bildirib. Onlar bildirir ki, bəli, biz nüvə silahı əldə etmək istəmirik, nüvə silahı haqqında Ayətullah Əli Xameneinin fətvası da var ki, bu olmaz, kütləvi qırğın silahıdır. Ancaq biz nüvədən dinc məqsədlərlə — enerji sahəsində, tibb sahəsində və digər sahələrdə istifadə edəcəyik. Yəni bu da bizim təbii haqqımızdır, bunu heç kim bizim əlimizdən ala bilməz.

Həm də Amerika tələb edir ki, İran ballistik raketlərin istehsalını dayandırsın. Ancaq bu haqda hələlik ciddi söhbətlər getmir, əsas məsələ nüvə məsələsidir. Nüvə proqramının dayandırılması və yaxud da onun Amerikanın razılığı ilə yenidən — guya İranın dediyi kimi — dinc məqsədlər üçün istifadə olunmasına razılıq verilməsi müzakirə olunur.

Hesab edirəm ki, 48 saat vaxt verilməyinə baxmayaraq, Cenevrədə danışıqlardan sonra bu haqda artıq Amerika qərar verə bilər. Cenevrə görüşlərinə qədər hücumun olmasını düşünmürəm. Əgər belə bir hücum olarsa da, bu, qısamüddətli, İranın əsas hərbi obyektlərinə və nüvə obyektlərinə zərbələr ola bilər. Ancaq hesab edirəm ki, bu gün Amerikanın İran ətrafında topladığı qüvvələr daha uzunmüddətli müharibəyə hesablanıb və əgər müharibə başlanarsa da, Amerika İranda indiki fars-molla rejimi dəyişənə qədər müharibəni aparacaq və öz məqsədinə çatmaq üçün nüvə obyektlərini tam məhv edəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr