AZ

Avropa İttifaqı səkkiz Rusiya vətəndaşına sanksiya tətbiq edib

Aİ Rusiyadan olan səkkiz nəfərə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaya məruz qalanlar arasında penitensiar müəssisələrin əməkdaşları və hakimlər də var.

Editor.az Avropa İttifaqı-nun Rəsmi Jurnalında dərc olunan sənədə əsasən xəbər verir ki, üç islah müəssisəsinin rəisi, bir istintaq təcridxanasının rəhbəri, iki hakim, bir prokuror və bir baş müstəntiq barəsində məhdudlaşdırıcı tədbirlər görülüb.

Daha əvvəl Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunda yaranmış gecikmənin səbəbi də açıqlanmışdı. Bildirilirdi ki, Yunanıstan və Malta Rusiya neftini daşıyan tankerlərə dəniz xidmətlərinin tam qadağan olunması müqabilində qiymət tavanı mexanizminin tətbiqi təklifinə etiraz edə bilərlər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr