AZ

İraqla Küveyt arasında ərazi suları ilə bağlı mübahisə yaranıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qahirə, 23 fevral, AZƏRTAC

Küveytlə İraq arasında sərhəd məsələsində fikir ayrılığı yaranıb. Bununla bağlı İraq səfirliyinin müvəqqəti işlər vəkili Küveyt Xarici İşlər Nazirliyinə dəvət edilərək ona rəsmi etiraz notası təqdim olunub. Notada Küveytin dəniz sərhədləri üzərində suverenliyinə hörmət edilməsinin vacibliyi vurğulanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bununla bağlı Küveyt XİN bəyanat yayıb.

XİN-in bəyanatında bildirilir ki, İraq BMT-yə təqdim etdiyi koordinatlara və xəritəyə Küveytin bəzi ərazi sularını və Fişt əl-Qayd və Fişt əl-Eyc kimi dəniz sərhəd nöqtələrini də daxil edib. Halbuki həmin sərhəd əraziləri İraqla heç vaxt mübahisə obyekti olmayıb. Küveyt XİN İraqı beynəlxalq hüququn prinsiplərinə əsaslanmağa, tarixi qardaşlıq əlaqələrinin ruhuna uyğun addım atmağa və BMT-nin Dəniz hüququ üzrə 1982-ci il konvensiyasına, eləcə də dövlətlərarası memorandumlara və sazişlərə istinad etməyə çağırıb.

İraq XİN başçısı Fuad Hüseyn isə bildirib ki, Küveyt 2014-cü ildə BMT-yə təqdim etdiyi xəritələrlə bağlı İraqla məsləhətləşmə aparmayıb. Bu yaxınlarda xəritələrini BMT-yə təqdim edən İraq bu sahədə beynəlxalq hüquqa, ikitərəfli sazişlərə və BMT qətnamələrinə istinad edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azertag.az

2Mənbələr