AZ

İspaniyanın XİN başçısı AK nın Sülh Şurasında iştirakını tənqid edib

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Avropa Komissiyasının  Aralıq dənizi və demoqrafiya üzrə komissarı Dubravka Suicanı Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasına göndərmək qərarını tənqid edib.

525.az xəbər verir ki, bu barədə nazir Aİ XİN başçılarının görüşündən əvvəl deyib.

Onun sözlərinə görə, Madrid Aİ-nin 19 fevral görüşündə iştirakını ciddi səhv hesab edir və  bu, Aİ-nin mövqeyini əks etdirmir. 

"Avropa Komissyası Aİ-nin adından bu görüşdə iştirak edə bilməzdi, çünki bunun üçün mandatı yox idi", - nazir deyib.

Yanvar ayında İspaniyanın Baş naziri Pedro Sançez ölkənin Qəzza Sülh Şurasından çıxmaq qərarını elan edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
525.az

1Mənbələr