AZ

Aviabiletlərin geri qaytarılmasında YENİLİK

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiyada 1 mart 2026-cı il tarixindən etibarən aviabiletlərin qaytarılması qaydaları və uçuş gecikmələri zamanı sərnişin hüquqları ilə bağlı yeni tənzimləmələr qüvvəyə minir.

"Cebheinfo.az" xəbər verir ki, yeni tənzimləməyə əsasən, uçuş 30 dəqiqədən çox gecikərsə, sərnişinlər hətta qaytarılmayan (non-refundable) biletlərini belə geri qaytara biləcəklər.

Bu hüquq, hava şəraiti və ya hava məkanının bağlanması kimi aviaşirkətin nəzarətindən kənar hallarda da keçərli olacaq.

Əvvəlki qaydalara görə, hər saat üçün 100 rubl təzminat ödənilirdi və bir saatdan az gecikmələrdə sərnişin biletini geri qaytara bilmirdi.

Yeni qaydalar gecikmə hallarında aviaşirkətlərin öhdəliklərini də dəqiqləşdirir:

*2 saat gecikmə: Su və içki ikramı məcburidir.

*4 saat gecikmə: İsti yemək ikramı məcburidir.

*8 saat gündüz/6 saat gecə gecikmə: Oteldə yerləşdirmə təmin edilməlidir.

Yeni tənzimləmənin ən mühüm maddələrindən biri də uşaqlı ailələrə aiddir. Aviaşirkətlər artıq uşağı valideyninin yanında oturtmaqla öhdəlikləri var və bu oturacaq seçimi üçün ödəniş tələb edə bilməzlər. Bir ildən artıqdır ki, tövsiyə xarakteri daşıyan bu tətbiq artıq məcburi hala gəlir.

Yeni qaydalarla birlikdə, sərnişinin gediş təyyarəsinə gecikməsi halında dönüş biletinin avtomatik ləğv edilməsi təcrübəsinə son qoyulur. Artıq sərnişinlər gediş biletindən istifadə etməsələr belə, dönüş biletlərindən yararlana biləcəklər.

Yeni tənzimləmə çərçivəsində əl yükünün ölçülərində dəyişiklik edilib. Tibbi ləvazimatların daşınması asanlaşdırılıb, əlil sərnişinlərə aid avadanlıqların daşınması ilə bağlı qaydalar genişləndirilib.

Bütün Rusiya Sərnişinlər Birliyinin rəhbəri İlya Zotov qeyd edib ki, yeni tənzimləmələr böyük ölçüdə artıq tətbiq olunan qaydaları hüquqi zəminə oturdur. Zotovun fikrincə, dəyişikliklər aviaşirkətlərə əlavə xərc gətirməyəcək, lakin qanunların daha aydın şərh olunmasını və sərnişinlərin xeyrinə qərarlar qəbul edilməsini təmin edəcək.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr