AZ

Advokat millidən istefa verdi – qızına görə

Niderlandlı mütəxəssis Dik Advokat Kurasao millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.

Msport.az xəbər verir ki, bu barədə Kurasao millisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssisin gedişinə səbəb qızının səhhətində yaranan ciddi problemlərdir. Advokat bundan sonra əsas diqqətini yalnız qızının səhhətinə yönəldəcək.

“Mən həmişə deyirəm ki, ailə futboldan daha vacibdir, buna görə də bu, təbii qərardır” – deyə o vurğulayıb.

78 yaşlı məşqçi 2024-cü ildən Kurasao yığmasına rəhbərlik edirdi. Onun rəhbərliyi altında milli komanda bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Kurasao yığması mundialın E qrupunda Almaniya, Kot-d’İvuar və Ekvador milliləri ilə mübarizə aparacaq.

Seçilən
6
2
msport.az

3Mənbələr