AZ

Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı apardı

Bakı. Trend:

23 fevral tarixində Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər,beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri SerinqModou Njie arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığızamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəflimünasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirəolunub.

Ötən ilin sentyabr ayında imzalanmış "Siyasi məsləhətləşmələrhaqqında Anlaşma Memorandumu"na uyğun olaraq, iki ölkənin Xariciİşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasiməsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlısəfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığıngenişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizinqarşıdan gələn sədrliyi, eləcə də bu çərçivədə keçiriləcək mötəbərtədbirlərə hazırlıq planları ətrafında fikir mübadiləsi aparıblar.Bununla yanaşı, ölkəmizdə bu il keçiriləcək Ümumdünya ŞəhərsalmaForumu barədə qarşı tərəfə məlumat verilib.

Telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlikməsələləri, habelə digər qarşılıqlı maraq doğuran mövzularətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
14
20
az.trend.az

10Mənbələr