AZ

Rusiya ABŞ-la danışıqlara niyə ehtiyac duyur? - TƏHLİL

Rusiya Cenevrədəki sülh danışıqlarından yalnız sanksiyaları ləğv etmək və gəlirli biznes sövdələşmələri bağlamaq üçün istifadə edir.

Bu mənada ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə Rusiya arasında sülh sazişinin "kifayət qədər yaxın" olduğu iddialar sarsılır. Təsadüfi deyil ki, Avropanın aparıcı kəşfiyyat rəsmiləri bu il müharibəni dayandırmaq şansları ilə bağlı dərin pessimizm ifadə edirlər. Onların məlumatlarına görə, Moskva ikiqat oyun oynayır.

Əsl sülh əvəzinə "danışıqlar teatrı"

Bir müddər əvvəl Ağ Ev açıq şəkildə iddialı bir plan elan etdi. Guya ki, noyabr ayında ABŞ-da keçiriləcək ara seçkilərindən bir az əvvəl, iyun ayına qədər sülh sazişi bağlanacaq. Lakin ekspertlər Vaşinqtonun istəkləri ilə Kremlin faktiki hərəkətləri arasında təəccüblü bir uçurum var.

Avropanın beş kəşfiyyat rəsmisindən dördü Rusiyanın müharibənin tez bir zamanda bitməsində maraqlı olmadığını təsdiqləyib. Rəsmilər bu həftə Cenevrədə keçirilən danışıqların üçüncü raundunu açıq şəkildə "teatr" adlandırırlar.

"Rusiya sülh sazişi axtarmır. Onlar strateji məqsədlərinə çatmağa çalışırlar və hələ də dəyişməyiblər", - deyə bir kəşfiyyat rəsmisi bildirib.

Putinin əsas məqsədləri Ukrayna Prezidenti Vladimir Zelenskinin devrilməsi və ölkənin Rusiya ilə Qərb arasında gücsüz "neytral" buferə çevrilməsi olaraq qalır.

Güzəşt tələsi

Hazırda əsas maneə ərazidir. Moskva Kiyevdən qoşunlarını Rusiyanın hələ də nəzarət etmədiyi Donetsk vilayətinin 20%-dən çıxarmasını tələb edir. Ukrayna isə bu cür güzəştləri qəti şəkildə rədd edir.

Avropalı ekspertlərsə Qərbi təhlükəli bir illüziya barədə xəbərdar edirlər: “Donetskin təslim edilməsi sülh gətirməyəcək. Əgər ruslar bu güzəştləri alsalar, düşünürəm ki, bu, real danışıqların yalnız başlanğıcı ola bilər", - deyə bir kəşfiyyat rəsmisi proqnozlaşdırır və əlavə edilir ki, Rusiya dərhal yeni, daha sərt tələblər irəli sürəcək.

Reuters-in məlumatına görə, Amerika nümayəndə heyətinin tərkibi avropalılar arasında xüsusi narahatlıq doğurur. Danışıqlara ABŞ adından Cared Kuşner və Stiv Vitkov rəhbərlik edir. Onların heç biri ixtisaslı diplomat deyil və Rusiya və ya Ukraynanın xüsusiyyətlərini dərindən anlamır.

Moskva bundan istifadə edərək danışıqları iki hissəyə bölməyə çalışır. Birincisi, zahirən müharibə ilə bağlı olan açıq danışıqlardır. İkincisi, ABŞ ilə ikitərəfli müqavilələrə yönəlmiş pərdəarxası danışıqlardır.

Volodimir Zelenski artıq Rusiya səfiri Kirill Dmitriyevin amerikalılara 12 trilyon dollar dəyərində əməkdaşlıq müqavilələri təklif etdiyini bildirib. Avropa kəşfiyyat rəsmilərinin fikrincə, bu tələ Trampın biznes maraqlarına və sanksiyalar səbəbindən mənfəətini itirən, lakin Putinə sadiq qalmalı olan rus oliqarxlarına müraciət etmək üçün nəzərdə tutulub.

Rusiya iqtisadiyyatı nə zamana kimi tab gətirəcəkmi?

Rusiya iqtisadiyyatı hazırda müəyyən dayanıqlıq nümayiş etdirir, lakin ciddi sınaqlar qarşıdadır. Avropa kəşfiyyatının rəhbərlərindən biri Moskvanın 2026-cı ilin ikinci yarısında "çox yüksək" maliyyə riskləri ilə üzləşəcəyini vurğulayıb. Səbəblər aydındır: kapital bazarlarına çıxış sanksiyalarla bloklanıb, mərkəzi bankın əsas faiz dərəcəsi 15,5%-ə bərabərdir və Rusiyanın Milli Rifah Fondunun likvid hissəsi tammiqyaslı işğalın başlanğıcından bəri yarıdan çox azalıb. Məhz buna görə də Kreml danışıqları maliyyə böhranını aradan qaldırmaq cəhdləri üçün bəhanə kimi istifadə edir.

Xatırladaq ki, Müharibənin Tədqiqi İnstitutu yeni hesabatında bildirib ki, Rusiya özünü ərazi güzəştləri tələbləri ilə məhdudlaşdırmır və ilkin hərbi məqsədlərinə, xüsusən də NATO-nun rolu və siyasətinin nəzərdən keçirilməsinə sadiq qalır.

Analitiklər qeyd ediblər ki, Rusiya tərəfi bir daha Alyansın genişlənməməsinin hüquqi təminatlarını və 1997-ci ildən sonra qoşulan ölkələrlə əməkdaşlıqdan imtina tələblərini irəli sürür. Bu ultimatumların təkrarlanması Kremlin bəzi ərazi şərtləri yerinə yetirilsə belə, bütün strateji tələblərini əhatə etməyən heç bir razılaşmadan məmnun qalmayacağını göstərir.

Ümumi fikir budur ki, Moskva ilkin təmaslardan sonra heç bir rəsmi razılaşma əldə edilməsə də, Vaşinqtonla iddia edilən "razılaşmalara" istinad etməyə davam edir.        

 

 

Bottom of Form

News365.az

Seçilən
18
news365.az

1Mənbələr