AZ

Məşhur cütlük 12 ildən sonra boşanır

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyəli aktrisa Pelin Karahan ilə həyat yoldaşı, iş adamı Bedri Güntayın evliliyində problem yaşandığı iddia olunub.

Axşam.az xəbər verir ki, cütlüyün 12 illik evliliyinin ardından boşanma qərarı aldığı bildirilib. Məlumata görə, Bedri artıq ayrı evə köçüb.

İddia olunub ki, cütlük evliliklərini fikir ayrılığına görə bitirib, övladlarını nəzərə alaraq münasibətlərini qalmaqalsız şəkildə sonlandırmağı planlaşdırırlar.

Qeyd edək ki, Pelin və Bedri 2014-cü ildə ailə qurub. Cütlüyün 2 oğlu var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
axsam.az

1Mənbələr