AZ

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2027-ci ilə qədər uzatdı

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ukraynaya hücumla əlaqədar Rusiyaya qarşıtətbiq olunmuş sanksiyaların müddətini 24 fevral 2027-ci ilə qədəruzadıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə blokun rəsmi saytındadərc olunmuş sənəddə qeyd olunur.

Rusiyaya qarşı sanksiyalar əsasən maliyyə, enerji, ticarət,müdafiə-hərbi, nəqliyyat, texnologiya və xidmət sektorlarını əhatəedir. Bankların bir hissəsi SWIFT sistemindən ayrılıb, Rusiya neftivə enerji məhsullarının idxalına məhdudiyyətlər tətbiq olunub,həmçinin yüksək texnologiyaların və ikili təyinatlı malların ixracıqadağan edilib.

Bundan əlavə, Rusiya mediasının yayımı, bəzi fiziki və hüquqişəxslərin aktivləri, eləcə də gəmiçilik və aviasiya sahələrinəqarşı fərdi və sektor sanksiyaları qüvvədədir.

Bu tədbirlər 2014-dən tətbiq olunur, lakin 2022-ci ildən sonragenişləndirilib və Rusiyanın iqtisadi, hərbi-sənaye, eləcə dəmaliyyə imkanlarını məhdudlaşdırmağa yönəlib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr