AZ

Dik Advokat tarixi uğur qazandırdığı yığmadan ayrılıb

Bakı, 23 fevral, AZƏRTAC

Futbol üzrə Kurasao millisini tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxaran Dik Advokat gözlənilməz qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, niderlandlı mütəxəssis mundialın startına 3,5 ay qalmış öz vəzifəsindən ayrılıb. Məlumatı Kurasao Futbol Federasiyasının rəsmi saytı yayıb.

78 yaşlı mütəxəssis bu addımı səhhətində ciddi problemlər olan qızına görə atıb. O, övladının müalicəsinə daha çox vaxt ayırmaq üçün yığmadakı postunu tərk edib.

Baş məşqçini milli komandanın sükanı arxasında həmyerlisi Fred Ratten əvəzləyib.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Kurasao millisi Almaniya, Kot d`İvuar və Ekvador seçmələri ilə bir qrupda mübarizə aparacaq.

Seçilən
2
2
azertag.az

3Mənbələr