AZ

“Ata olmağı çox istərdim..."

Uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan türkiyəli müğənni Serdar Ortaç illərdir ürəyində qalan arzusundan danışıb.

Milli.Az xəbər verir ki, meriməkdə çətinlik çəkən sənətçi verdiyi müsahibədə ata olmaq istədiyini etiraf edib. O, bu arzusunun gerçəkləşmədiyini bildirərək mövzu ilə bağlı səmimi fikirlərini bölüşüb.

Ortaç 2014-cü ildə model Chloe Loughnan ilə ailə qurmuş, cütlük 2019-cu ildə qarşılıqlı razılıq əsasında boşanmışdı. Müğənni açıqlamasında "Ata olmağı çox istərdim, amma bu, qismət olmadı" sözləri ilə hisslərini ifadə edib.

Sənətçinin emosional etirafı sosial mediada geniş müzakirələrə səbəb olub və qısa zamanda trend mövzusuna çevrilib.

Milli.Az

Seçilən
12
1
milli.az

2Mənbələr