AZ

O, “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi oldu

Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşı Nicat Həsənovun “EcoBin” layihəsi “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub.

Hafta.az xəbər verir ki, seçim prosesi nəticəsində final mərhələsinə 60-dan çox iştirakçı və layihə vəsiqə qazanıb. Yekun qiymətləndirmə əsasında 10 layihə qalib elan olunaraq maliyyə dəstəyi əldə edib.

Müsabiqəyə təqdim olunan “EcoBin” layihəsi üzvi tullantıları Günəş enerjisi və mikroorqanizmlər vasitəsilə sürətli komposta çevirən, eyni zamanda, süni intellekt və IoT sensorları ilə torpaq və su resurslarını idarə edən innovativ kənd təsərrüfatı sistemidir. Layihə kimyəvi gübrə istifadəsini azaltmaq, su ehtiyatlarına qənaət etmək və fermerlər üçün məhsuldarlığı artırmaq məqsədi daşıyır.

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında elan edilmiş “Azad Mirzəcanzadə inkişaf proqramı”na sosial, ekoloji, maarifləndirici və innovativ istiqamətlər üzrə layihələr təqdim olunur. Seçilmiş layihələr ekspert qiymətləndirilməsindən keçərək qalib olur və maliyyə dəstəyi ilə həyata keçirilmə imkanı qazanır.

Seçilən
10
hafta.az

1Mənbələr