AZ

"Psixoloji zərbə alsaq da, ümumi hazırlığımız pis deyil" - Qara Qarayev

style='margin-bottom:10px;'>

"Əlbəttə ki, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab mattçı üçün təşkil edilən mətbbuat konfransında deyib.

O, matça hazırlaşmaq üçün vaxtlarının olduğunu bildirib: "Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, ilk görüşdə rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıq. Psixoloji zərbə alsaq da, ümumi hazırlığımız pid deyil. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək".

Q.Qubanov "Nyukasl"la ilk oyunun 2-ci hissıində olduğu kimi beşli müdafiə sistemi ilə oynamaq fikriniz varmı və gələcəkdə də bu üsuldan istifadə edəcəksinizmi" sualını belə cavablandırıb: "Hazırda gələcəkdə bu sistemlə oynamaqla bağlı fikrim yoxdur. Etdiyimizi daha da yaxşılaşdırmaq istəyirik. Sadəcə bu matçda rəqib çox hazırlıqlı idi, bəlkə də ən hazırlıqlı oyunlarından biri idi. Bir neçə tur əvvəl düşünə bilərdik ki, idman performansında geriləmə var, amma onlar çox yaxşı forma yığmışdılar. Onların düşündükləri hər şey alındı. Biz isə ilk dəqiqələrdə qollar buraxdıq, komanda nokauta düşdü, birinci hissədə özümüzə gələ bilmədik. Fasilədə paltardəyişmə otağında danışdıq, bəlkə daha sərbəst və daha diqqətli oldular. Belə sistemə nadir hallarda əl atmışam. Hansısa oyunlarda bu mümkündür. Biz bir addım irəli getdikcə, rəqiblərin ciddiliyi, səviyyəsi daha da böyüyür.  Ümumən 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir.

Q.Qurbanov açıq məşq və mətbuat konfransının Bakıda olmasına da aydınlıq gətirib: "Belə hallar bizdə olub. Bərpa üçün daha çox vaxt lazım idi. Buradakı hazırlıq mənim üçün daha önəmli idi. İki gün əvvəl getsəydik, məqş planımız daha çox pozulurdu. 7 saat havada olacaqdıq, 11-12 saat yolda olacaqdıq, əlavə yüklənmə olardı. Düşündük ki, ən azından hazırlığımız normal olsun. Ona görə belə proqram tutduq. Sabah səhər Nyukaslda məşqimiz olacaq. Oyunda daha aktiv olmaq üçün bu addımı atdıq".

"Qarabağ"ın çalışdırıcısı Bəhlul Mustafazadənin zədəli olması fonunda mərkəz müdafiəsində yarnan çətinliklər və bu mövqedə çıxış edən Sami Mmaenin əvəzedici heyətə göndərilməsindən də dasnışıb: "Ola bilər ki, düşündüyümüzü ala bilmədik. Amma hər bir halda, başqa variantlar axtarmışıq, onlar üzərində dayanaycağıq. Hazır olanları meydanda görə biləcəyik Mmae idman və intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda, təcrübəmizdə belə olub". 

Baş məşqçi Toral Bayramovun "Nyukasl"la Bakıdakı matçda gülməsi ilə bağlı da fikrini bildirib: "Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib".

Q.Qurbanov "Neftçi" ilə matçın təxirə salınmasının  "Nyukasl"la oyunun fonunda yenidən gündəmə gəlməsi ilə bağlı da danışıb: "İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından "Neftçi"yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. "Nefçti"yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, "Nyukasl"la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək "Qarabağ" yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. "Nyukasl" illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq. "Neftçi" yox desəydi, yenə işimizi görəcəkdik, sağ ol deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma "Neftçi" rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, "Neftçi" buna razılıq verdi".Q

Q.Qurbanov "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında Qubadakı qapıların normadan 11 sm yüksək olduğunu deməsinə də münasibət bidirib: "Ayxan maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib(gülür). "No comment", fikir bildirməyəcəm".

Q.Qurbanov deyib ki, zədədən sonra Bəhlul Mustafazadənin psixoloji durumu yaxşı deyil: "Çox üzgündür. Tək Bəhlul yox, hamımız üzgünük. Amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib, gözlənilən idi ki, hansısa məqamda futbolçu yorulur. Belə hallar olur".

Q.Qubrnaov növbəti mövsüm üçün hər mövqeyə oyunçu lazım olduğunu bildirib: "Transfer etmək istəyirik. Həm komandada oyunçunu sayını artırmaq, həm də keyfiyyəti yaxşılaşdırmaq istəyirik.Ən azından əldə etdiyimizi saxlamaq istəyiriksə, Premyer Liqada liderlər sırasında olmalıyıq".

Mütəxəssis, "Nyukasl"la cütün taleyinin böyük ölçüdə həll olunmasına baxmayaraq, hazırda "Sabah"la oyuna yox, məhz "Nyukasl"la cavab matçına kökləndiklərini deyib: "İnanın ki, fikrimdə "Nyukasl"la görüşdür. "Sabah"la oyun barədə düşünmürük. Böyük turnirdir. Reallığa baxsaq, oradakı matçda yaxşı nəticə əldə etməyimiz real görünmür. Amma biz bu turnirdən həzz almalıyıq, futbolçular bu turnirdə böyüyürlər, böyük məğlubiyyətlər həmişə idmançını möhkəm edir. Bu cür böyük komandalara qarşı, belə tribunlarda oynamaq özü ayrıca məsuliyyətdir. Bu gün var İgitlərə Premyer Liqası və Avropa futbolu. Bu liqa digələrindən fərqlənir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Onların hazırda futbola yatırdığı məbləğlər, infrasturkturları digərlərini üstələyir. Buna görə hara getdiyimizi bilirik. Burada uduzsaq da, futbolçularımdan cəsarət istəmişəm. Biz mütləq cəsarətli olmalıyıq. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. İndi fikrimiz "Nyukasl"la səfər görüşündədir. Oyunun gedişatına görə addımlar atacağıq. Bakıya döndükdən sonra çempionatı düşünmək üçün vaxtımız olacaq".

Q.Qurbanov "Qarabağ"ın bumövsümkü uğurlu çıxışına görə komandadan tələblərin artacağını da deyib: "Tamamilə doğrudur. Əgər bir insan, kollektiv müəyyən səviyyəyə qalxıbsa, ən asanıdır. Orada qalmaq çətindir. Məsuliyyətimiz, tələblər artır, gözləntilər çoxalır. Bu oyunlarda hiss edirik. Yaxşı qələbələrimiz oldu. Nəticələr baxsaq, 10 xal əldə etdik. ÇL kimi böyük turnirdə 10 xal əldə etmək, böyük uğurdur. Hansısa oyunda uduzurduq, həmən neqativ fikirlər dolaşırdı. Biz gözləntiləri hiss edirdik. Qaçılmazdır. Buna görə futbol çox sevilir, dünyada yəqin ki, 1 nömrəli müzakirə mövzusudu futboldur.Dayanamaq olmaz. Həmişə önə pozitiv baxmalıyıq ki, minimum əldə etdiyimizi qoruyub-saxlayaq".

Seçilən
7
18
teleqraf.com

10Mənbələr