AZ

Qurbanov Toralın həmin epizodda gülməsindən danışdı: Necə lazımdırsa...

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

- "Cavab oyununa gedirik. İlk matçdakı nəticəyə görə bu oyun haqqında danışmaq asan deyil. Oyunu analiz etmək üçün bir neçə gün vaxtımız oldu. Deyiləcək çox söz yoxdur. İlk oyunda bizdən çox üstün oldular. Mübariz olmalıylq. Psixoloji zərbə alsaq da, pis hazırlaşmadıq. Çalışacağıq, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək”.

Teleqraf xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl” (İngiltərə) ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə keçirilən mətbuat konfransında söyləyib.

- İlk matçın birinci hissəsində komanda daha yaxşı oynadınız. Bu da sistem dəyişikliyi ilə bağlı idi. Gələcəkdə belə dəyişiklik etmək fikriniz varmı?

- Hazırda belə bir fikrim yoxdur. İlk oyun bəlkə də rəqibin ən hazırlıqlı oyunlarından idi. Əvvəl düşünürdük ki, idman formalarında bir qədər eniş var. Amma son oyunda performansları çox yaxşı idi. Sadəcə, erkən qol gördük, nakauta düşdük. İkinci hissədəki sistemə nadir hallarda əl atmışam. İrəlilədikcə rəqiblərin səviyyəsi daha da artır. Öz oyun sistemimizlə davam edirik. Amma ümumən 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir.

- Məşqi və mətbuat konfransını nə yaxşı Bakıda etmək qərarına gəldiniz?

- Belə hallar bizdə olub. Mənə bu oyundan sonra Bakıda bərpaya daha çox vaxt lazım idi. Biz iki gün əvvəl getsəydik, məşq planımız tamam pozulurdu. Belə addım atdıq ki, hazırlığımız istənilən səviyyədə olsun. Hər bir halda futbolçuları psixoloji təzyiqdən azad etmək üçün belə addım atdıq.

- Hazırda mərkəz müdafiəsi mövqeyində sıxıntılar var. Bəhlul Mustafazadənin zədələnməsindən sonra Sami Mmae də əvəzedici heyətə göndərilib. O, niyə ümidləri doğrultmadı?

- Mərkəz müdafiəçi mövqeyin, ola bilər, düşündüyümüzü ala bilmədik. Bu oyunda hazır olanları meydanda görə bilərik.

- Sami Mmae niyə əvəzedici heyətə göndərilib?

- Əvəzedicilərə göndərilməsinin səbəbi idman prinsiplərini pozmuşdu. Bəzi şeyləri çox da açıqlamağa ehtiyac yoxdu. Bəlkə də belə hallara rastalaşan ən azı bizik.

- "Nyukasl”la matçda Toral Bayramovun gülməsi müzakirələrə səbəb oldu. Onunla bağlı hər hansı tədir görüləcəkmi?

- Toralın gülməsinə bəlkə də həmin epizoda qədər hansısa vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Çox da dərinə getməyə ehtiyac yoxdur. Kimə necə irad bildirmək lazımdırsa, ən yaxşı şəkildə bildirdik.

- "Nyukasl”la matçın nəticəsindən sonra "Neftçi” ilə matçın təxirə salınması yenidən müzakirə olundu. Bununla bağlı da fikirlərinizi bilmək maraqlı olardı...

- Hazırda "Neftçi” ilə oyunun təxirə salınması çox da müzakirə olunası mövzu deyil. Bir daha "Neftçi” rəhbərliyə təşəkkür edirəm. Bu, qrafikimizə görə atılan addım idi. Rəqibimiz, səviyyəsi bəlli idi. Biz bu oyuna hazırlaşmaq, səfəri düşünərək belə seçim etdik. Məncə, bizi başa düşmək lazımdlır. Hazırda bizim hazırlığımız onlarla bir tutulası deyil. Çünki illərlə bu yolu keçirlər. Əvvəlcədən, ilin başlanğıcında deyilir ki, pley-off oyunlarına görə təxirəsalınma ola bilər. "Neftçi” və digər klublarla həmişə bir-birimizi anlamışıq.

- Sizin Quba Olimpiya Komlpeksinin stadionunun vəziyyətindən şikayətlənməsindən sonra, Ayxan Abbasov da qapıların normadan 11 sm hündür olduğunu deyib.

- Ayxan maraqlı açıqlama verib. No comment (gülür).

- Bəhlul Mustafazadənin psixoloji vəziyyəti hazırda necədir?

- Bəhlulun vəziyyəti yaxşı deyil. Tək o yox, hamımız üzgünük. Bəhlul yaxşı mövsüm keçirdi. Çox yüklənmişdi. Həm bizdə, həm milli komanda yaxşı oyunlar keçirdi. Uğurlar arzu edirəm. Belə oyunlarda, belə zədələr qaçılmazdır.

- Növbəti mövsümdə bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır?

- Düzü, hər mövqeyə transfer etmək istəyirik. Qarşıda bir neçə ay vaxtımız olsa da, baxışlara indidən başlamışıq. Təbii ki, əvvəlcə ölkə daxilində uğur qazanmaq lazımdır. Xeyli transfer etmək istəyirik.

- Demək olarmı ki, dərinlikdə "Sabah"la növbəti matçı düşünürsünüz?

- Hazırda fikrimdə ancaq "Nyukasl”dır. Orada yaxşı nəticə göstərməyimiz, hazırkı vəziyyətdə real görünmür. Amma bu turnirdən həzz almalıyıq. Bu cür komandalara qarşı oynamaq böyük məsuliyyətdir. Bu gün İngiltərə Premyer Liqası və Avropa futbolu olaraq iki bölgü var. Premyer Liqanın 6 komandası pley-off mərhələsindədir. Onların imkanları hamıya məlumdur. Biz bilirik hara gedirik. İstənilən halda cəsarətli olmalıyıq. Bugünkü uğura yıxıla-yıxıla, çəkinmədən gəlmişik. Bakıya döndükdən sonra çempionat oyunu barədə düşünəcəyik. Bir insan, bir kollektiv müəyyən səviyyəyə qalxa bilər, amma orada qalması çətindir. Bu oyunlarda hiss etdik ki, gözləntilər artır. Baxmayaraq ki, bizim çox böyük qələbələrimiz var. Hansısa oyunda məğlub olurduq, deyirdilər, niyə filan komandanı udmadılar. Gözləntilər normal olaraq artır. Bu, futboldur. Bizə dayanmaq, işimizdən qalmaq olmaz. Biz bunlara daha pozitiv baxmalıyıq ki, əldə etdiklərimizi qoruyub saxlayaq.

Qeyd edək ki, "Nyukasl” – "Qarabağ” oyunu fevralın 24-də İngiltərədə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr