AZ

Dövlət Vergi Xidmətinin yarım milyon manatlıq tenderi baş tutmadı - SƏBƏB

 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən elan edilmiş açıq tender ləğv olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti 2026-cı il üzrə Dövlət Vergi Xidmətinin Aparatının və strukturuna daxil olan qurumların istifadəsində olan elektrik avadanlıqlara texniki xidmətin göstərilməsidir. Tenderin ehtimal olunan qiyməti 573 017 manat təşkil edirdi.

Satınalma müsabiqəsinin ləğv edilməsinə səbəb tenderdə iştirak etmək üçün təklif təqdim edən təchizatçıların sayının üçdən az olmasıdır.

Buna görə də, müsabiqə "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.1-ci maddəsinə (təchizatçıların sayısı üçdən az olduqda) əsasən ləğv edilib.

Seçilən
18
fed.az

1Mənbələr