AZ

ÖTƏN İL PREZİDENTLƏR NƏ QƏDƏR QAZANIB? Ən “varlı və kasıb” prezidentlərin SİYAHISI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci ildə prezidentlərin illik maaşları məlum olub.

2025-ci il üzrə açıqlanan rəqəmlərə əsasən Azərbaycan lideri İlham Əliyevin illik maaşı 106 000 ABŞ dolları olub. Rusiya Prezidenti Vladimir Putin 136 000 ABŞ dolları, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 197 500 ABŞ dolları, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan 41 100 ABŞ dolları maaş alıb.

Dünyada ən az maaş alan prezident Laos lideri Tonqlun Sisulit (1 700 ABŞ dolları) olub.

Dünyada ən çox maaş alan 10 dövlət başçısı isə belə olub:

- Küveyt — Əmir Mişəl əl-Əhməd əs-Sabah — 165 100 000 $;

- Esvatini Krallığı — Kral III Msvati — 56 051 400 $;

- Monako — Şahzadə II Albert — 52 064 000 $;

- Qətər — Əmir Təmim bin Həməd Al Tani — 36 100 000 $;

- Norveç — Kral V Harald — 33 238 000 $;

- Bəhreyn — Kral Həməd bin İsa Al Xəlifə — 22 500 000 $;

- İsveç — Kral XVI Karl Qustav — 15 752 200 $;

- Belçika — Kral Filip — 14 455 000 $;

- Lüksemburq — Böyük Hersoq Anri — 12 333 300 $;

- Danimarka — Kral Frederik X — 11 350 800 $.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
azpolitika.info

2Mənbələr