AZ

İran ali rəhbəri ilə bağlı təhlükəli tendensiya: Öldürülə bilər lakin…

Yaxın Şərqdə vəziyyət yenidən kritik həddə çatıb.

ABŞ-nin İranı hədəfləyən strateji planları regionda narahatlıq yaradıb, hər iki tərəfin hərbi və diplomatik addımları diqqətlə izlənilir. Gərginlik xüsusilə İranın yüksək rütbəli liderləri və strateji obyektləri ətrafında mərkəzləşib.

ABŞ Tehranı məğlub etmək üçün ilk addım kimi nəyi nəzərdə tutmuş ola bilər? Sürətli hücumla Ayətullah Əli Xameneini zərərsizləşdirərək rejimi başsız qoymaq mümkündür? İran dövləti rəqibin planlarından təxmini də olsa xəbərdardırmı və buna qarşı hansı kontur həmlələri hazırlayıb?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Züriyə Qarayeva Vaşinqtonun Tehran üzərində mümkün “ilk addımı” klassik hərbi işğaldan daha çox çoxsəviyyəli təzyiq arxitekturası üzərində qurula bilər: Regional mühasirə, hava-dəniz üstünlüyünün təmin edilməsi, kəşfiyyat və kiber imkanların aktivləşdirilməsi, hədəfli sanksiyaların sərtləşdirilməsi və paralel diplomatik mesajlaşma:

Birbaşa və sürətli zərbə ilə “ali lideri fiziki olaraq zərərsizləşdirərək rejimi “başsız” qoymaq” ssenarisi nəzəri olaraq müzakirə olunsa da, əməli və strateji baxımdan son dərəcə risklidir. İranın qərarvermə strukturu tək şəxsdən asılı deyil: İran İslam İnqilabı Keşikçiləri Korpusu, Ali Milli Təhlükəsizlik Şurası və ruhani-siyasi şəbəkə paralel idarəetmə təmin edir; üstəlik belə addım regional müharibəni, Hörmüz boğazında eskalasiyanı və proksi qrupların sinxron cavabını tetikləyə bilər. Bu səbəbdən daha real ilkin mərhələ kimi nüvə infrastrukturuna və hava hücumundan müdafiəyə qarşı məhdud, yüksək dəqiqlikli zərbələr, kiber-əməliyyatlarla C2 (command-and-control) şəbəkəsinin pozulması və informasiya müharibəsi alətləri ilə daxili legitimliyin sarsıdılması ehtimalı daha çox müzakirə olunur.

Tehran isə rəqibin mümkün planlarını nəzərə alaraq “kontur həmlə” modelini çoxqatlı çəkindiricilik üzərində qurur: asimmetrik cavab qabiliyyəti, proksi şəbəkələr vasitəsilə region üzrə paylanmış risk yaratmaq, ballistik və PUA arsenalını səfərbərlik rejimində saxlamaq, enerji marşrutları üzərində təzyiq leverecini nümayiş etdirmək və kiber sahədə qarşılıqlı zərbə potensialını qabartmaq. Məqsəd sürətli qələbə iddiasını bahalı və qeyri-müəyyən etməkdir. İranın müdafiə doktrinası “strateji səbr”lə “məhdud, lakin çoxnöqtəli cavab”ı birləşdirərək qarşı tərəfin eskalasiyanı idarə etməsini çətinləşdirməyə hesablanıb; yəni birbaşa mərkəzə zərbə olarsa, cavabın coğrafiyası genişlənə, məsrəfi isə artıra bilər. Bu qarşılıqlı çəkindiricilik mühitində tərəflər üçün ən rasional xətt, adətən, maksimalist hədəflərdən qaçaraq nəzarətli təzyiq və diplomatik kanalların açıq saxlanılması olur”.

Atilla Rzasoy

Seçilən
3
nocomment.az

1Mənbələr