AZ

Dünya çempionatının debütantının baş məşqçisi istefa verdi

BAKI, 23 fevral. TELEQRAF

Kurasao milli komandasının baş məşqçisi Dik Advokat istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Kurasao Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

78 yaşlı niderlandlı mütəxəssisin bu qərarı ailə vəziyyəti ilə əlaqədardır. Belə ki, o, sağlamlığı ilə bağlı ciddi problemlər yaşayan qızına vaxt ayırmaq üçün karyerasına fasilə verməli olub. Milli komandanın "sükanı arxası"nda onu həmyerlisi Fred Ratten əvəzləyəcək.

Dik Advokatın rəhbərliyi altında Kurasao yığması tarixi uğura imza ataraq bu ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Debütant komanda mundialın qrup mərhələsində Almaniya, Kot-d'İvuar və Ekvador seçmələri ilə qarşılaşacaq.

Seçilən
10
teleqraf.com

1Mənbələr