AZ

TƏBİB-də yoxlamalar aparılır? - RƏSMİ

TƏBİB-in tabeliyindəki “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsdə audit keçirilib.

Bu barədəModern.az-ın sorğusuna cavab olaraq Hesablama Palatasından məlumat verilib.

Qeyd olunub ki, audit 2025-ci ilin İş Planına əsasən İcbari tibbi sığorta fondunun 2023-2024-cü illər üzrə gəlir və xərclərinin, həmçinin sərbəst vəsaitinin idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğuna dair həyata keçirilib.

Hesablama Palatasından bildirilib ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə ayrıca audit həyata keçirilməyib.

Xatırladaq ki, yoxlamalar barədə məlumatlar Vüqar Qurbanovun fevralın 16-da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru postundan azad olunmasından sonra yayılıb.

Seçilən
9
turkustan.az

1Mənbələr