AZ

Avtomobil meydana çıxanda geriyə çəkildi... Faytonlar şəhərin nəqliyyat mənzərəsini tamamlayırdı Video

ain.az, Bizimyol saytına istinadən bildirir.

Faytonlar atın gücü ilə hərəkət edən nəqliyyat vasitəsidir. Faytonlardan avtomobil nəqliyyatı meydana çıxana qədər istifadə edilib. Tarixi mənbələrə görə, faytonlar XVI əsrdə Avropa ölkələrində yaranıb. Faytonlar yarandığı ilkin dövrlərdə zadəganlar, saray əyanları tərəfindən istifadə edilirdi. Çünki həmin dövrdə fayton status göstəricisi idi.

XVII–XVIII əsrlərdə faytonlar daha eniş kütlələr arasında yayılımışdır. Bu dövrdə faytonlar şəxsi istifadə ilə yanaşı, sərnişin daşımalarında da tətbiq edilməyə başlanmışdır. Məhz bu dövrdə açıq, qapalı, iki və dörd təkərli modellər formalaşmağa başladı.

XIX əsr faytonların ən geniş yayılma mərhələsi hesab olunur. Azərbaycanda faytonlardan əsasən XIX əsrin sonu–XX əsrin əvvəllərində istifadə edilməyə başlanıb. Bakı, Gəncə, Şamaxı və digər şəhərlərdə faytonlar sərnişin və yüngül yük daşınmasında mühüm rol oynayıb.

Azərbaycan filmlərində də faytonlardan istifadə edilib. “Arşın mal alan” (1945, 1965) və “O olmasın, bu olsun” (1956) filmlərində faytonlar şəhər nəqliyyatının ayrılmaz hissəsi kimi göstərilir. “Dəli Kür” (1969) filmində fayton XX əsrin əvvəllərindəki sosial təbəqələşməni vizual şəkildə nümayiş etdirir. Tarixi və qəhrəmanlıq mövzulu “Axırıncı aşırım” (1971) və “Qatır Məmməd” (1974) filmlərində isə faytonlar dövrün ümumi nəqliyyat mənzərəsini tamamlayan vasitə kimi istifadə olunur.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bizimyol.info

1Mənbələr