AZ

Belə şəxslər üçün Vətən, millət, xalq anlayışı yoxdur

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İstənilən ölkədə siyasi mübarizə sivil formada, etik qaydada aparılmalıdır. Təhqir, söyüş, alçaldıcı ifadələrdən siyasi mübarizə zamanı istifadə etmək zəiflik, cılızlıq əlamətidir. Hər şeydən əvvəl isə bu tip mübarizə metodu milli-mənəvi dəyərlərə, mentalitetimizə, ailə dəyərlərinə ziddir”.Demokrat.az xəbər verir ki, bu fikirləri “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov açıqlamasında bildirib. O deyib ki, bir sıra blogerlər hakimiyyəti tənqid edərkən qeyri-etik ifadələrə yol verir: “Söz, ifadə azadlığı insanları təhqir etmək, ədəbsizlik nümayiş etdirmək deyil. Demokratik dəyərlərdən, insan hüquq və azadlıqlarından danışan həmin şəxslər öz hərəkətləri ilə həmin prinsipləri pozurlar. Dünyanın heç bir ölkəsində siyasi mübarizə vasitəsi kimi söyüşdən, təhqirdən istifadə edilmir. Uzağa yox, qardaş Türkiyənin siyasi camiasına diqqət etsinlər və görsünlər ki, Türkiyədə illərlə bir-birinə rəqib olan partiyalar və onlara yaxın olan media qurumları siyasi mübarizə zamanı etik qaydalara necə əməl edirlər”.İlham İsmayılov bildirib ki, söyüş müxalifəti, qeyri-etik ifadələrdən istifadə edən “blogerlər” təkcə ölkə daxilidə deyil, ölkədən kənarda da mövcuddur və onların başlıca məqsədi Azərbaycan barədə mənfi rəy formalaşdırmaqdır:“Bu cür fəaliyyətlərə Azərbaycanı sevməyən qüvvələrin dəstək verdiyi ehtimalı da mümkündür. Bildiyimiz qədər Azərbaycandan kənarda yaşayan həmin şəxslər erməni maliyyəsi ilə fəaliyyət göstərən təsisatlardan maliyyələşirlər. Onların qarşısında qoyulan əsas tapşırıqlardan biri məhz hansı yolla olursa-olsun Azərbaycan adına ləkə gətirməkdir”.ATXƏM sədri öz şəxsi təcrübəsində də bu cür hallarla qarşılaşdığını diqqətə çatdırıb. Bildirib ki, ATXƏM müxtəlif illərdə dünyanın fərqli ölkələrində Xocalıya ədalət aksiyaları keçirdiyi zaman həmin şəbəkədə təmsil olunan antimilli ünsürlər aksiya keçirilən meydana, yaxud konfrans zallarına daxil olaraq həmin tədbirləri pozmağa, təxribat törətməyə çalışıblar:“Təbii ki, onların cəhdləri baş tutmayıb və nəticə etibarilə tədbirlərimiz yüksək səviyyədə reallaşıb. Dediyim ondan ibarətdir ki, belə şəxslər üçün Vətən, millət, xalq anlayışı yoxdur və onlar bütün fəaliyyətlərini Azərbaycana zərbə vurmağa, onun beynəlxalq imicini zədələməyə yönəldiblər”.İlham İsmayılov siyasi mübarizədə təhqir, söyüş, alçaldıcı ifadələrdən istifadəni cəmiyyət üçün təhlükəli tendensiya kimi xarakterizə edib. Bildirib ki, cəmiyyətin mütləq əksəriyyəti mövcud hakimiyyəti, Prezidentin siyasi kursunu dəstəkləyir:“Söyüş şəbəkəsinin bu qeyri-etik fəaliyyəti həmin insanlar arasında etiraza səbəb olur, onlar haqlı olaraq siyasi mübarizəyə qeyri-etik metod və vasitələr gətirənlərin qanunların yol verdiyi şəkildə cəzalandırılmasını istəyirlər. Bu da öz növbəsində cəmiyyət arasında ziddiyyətlır yaradır. Düzdür, söyüş bloqerləri məhdud sayda olsa da, istər-istəməz onlar da cəmiyyətin fərdləridirlər və bu tendensiya cəmiyyətdə parçalanmaya, gərginliyə gətirib çıxarır. Söyüşə və qeyri-ənənəvi davranışlara yol verən bloqerlərin buna əl atmasının müəyyən səbəbləri var. Onlar cəmiyyətdə ənənəvi və konstruktiv üsullarla heç bir nəticə əldə edə bilmədikləri üçün diqqət çəkmək məqsədilə bu cür yollara üstünlük verirlər. Lakin bu yanaşma cəmiyyətin sağlam dəyərləri ilə ziddiyyət təşkil etdiyindən, əks reaksiya doğurur və nəticədə həmin şəxslər ictimaiyyət tərəfindən rədd olunur”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
demokrat.az

1Mənbələr