AZ

Şeyxin qudası ölkəni birdəfəlik tərk edib?

Bir neçə gün öncə Bakının Bilgəh qəsəbəsində obyektlərinin sökülməsi ilə gündəmə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, keçmiş deputat Hacı Qalib Salahzadə ölkədən gedib...

Poliqon xəbər verir ki, bu barədə Pravda.az-a onun köməkçisi məlumat verib.

O bildirib ki, Qalib Salahzadə ötən axşam Türkiyəyə yollanıb: “Türkiyədən də Amerikaya gedəcək. Hazırda ölkədə yoxdur. Nə ilə əlaqədar getdiyi barədə məlumatım yoxdur. Mən də səhər işə gəlib bilmişəm”.

Qeyd edək ki, Qalib Salahzadə ona məxsus obyektin heç bir məhkəmə qərarı, rəsmi bildiriş olmadan, bir qrup şəxs tərəfindən dağıdıldığını bildirmişdi. Onun sözlərinə görə, söküntü Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib, əraziyə 30-a yaxın şəxs gəlib, obyektin bir hissəsini sökərək ərazini tərk ediblər. Keçmiş deputatın sözlərinə əsasən, Bilgəhdə ona məxsus tikililərin ümumi sahəsi 1200 kvadratmetrdən artıqdır və ona digər obyektləri özü sökməsi ilə bağlı da xəbərdarlıq edilib. Hacı Qalib Salahzadə isə buna razı olmadığını deyir.

Poliqon.info

Seçilən
3
6
poliqon.info

7Mənbələr