AZ

Niderlandın yeni hökuməti and içib

Niderlandda Rob Yettenin rəhbərlik etdiyi yeni hökumət and içib.

"Far.Az" xəbər verir ki, bu barədə NOS məlumat yayıb.

Niderland Kralı Villem-Aleksandr ölkənin Baş nazir vəzifəsinə Yettenin təyin edilməsi haqqında rəsmi fərmanı imzalayıb və onun hökumətinin üzvlərini – 17 nazir və 10 dövlət katibini təsdiqləyib. Yeni kabinet kralın qarşısında and içib.

2025-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gələn və Yettenin rəhbərlik etdiyi mərkəzçi avropayönümlü D66 partiyası konservativ xristian demokratlar və liberal sağçı VVD partiyası ilə parlamentin aşağı palatasındakı 150 yerdən yalnız 66-na sahib olacaq koalisiyada birləşib.

Seçilən
12
far.az

1Mənbələr