AZ

Qurban Qurbanov: “O qədər problemlər var ki…”

“Cavab oyunu haqda danışmaq asan deyil”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la (İngiltərə) cavab matçından öncə Bakıdakı mətbuat konfransında deyib.

O, İngiltərədə ba tutacaq görüşə hazırlığı dəyərləndirib: “Cavab qarşılaşması haqqında danışmaq çətindir. Təhlil apardıq. Səfərdə daha diqqətli, məsuliyyətli olmalıyıq. Hazırda oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Bəlkə də “Nyukasl” ən yaxşı oyunlarından birini bizə qarşı keçirdi. Düşündükləri hər şey alındı. İkinci qoldan sonra sanki nokauta düşdük. İkinci hissədə daha sərbəst oldular. Rəqiblərin səviyyəsi daha da artır. 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir”.

Qurban Qurbanov hazırlığı Bakıya salmağın səbəbini açıqlatyıb: “Oyundan sonra bərpa üçün vaxt lazım idi. Ona görə də Bakıda hazırlıq keçdik. Çünki 11-12 saat yolda olmaq yorucu olardı. Bir neçə dəfə belə proqramımız olub”.

Mütəxəssis “Neftçi” ilə oyunun təxirə salınmasına toxunub: “Neftçi” rəhbərliyinə bir daha təşəkkür edirəm. Bu, sırf nəticəyə görə atdığımız addım deyildi. Sadəcə, oyun qrafiki sıx idi. Rəqibimiz bəlli idi və oyuna yaxşı hazırlaşmaq lazım idi. Başa düşmək lazımdır. Belə müraciətlər əvvəllər də olub. O qədər problemlər var ki… Bu, müzakirə ediləcək problem deyil. Sabah kimsə bizdən belə xahiş edə bilər. Həmişə digər klublarla münasibətimiz yaxşı olub”.

Qurban Qurbanov zədəli futbolçu Bəhlul Mustafazadənin hazırkı durumu haqqında danışıb: “Bəhlulun psixoloji durumu normaldır. Böyük futbolda belə zədələr olur. İnanırıq ki, tezliklə sağalacaq və komandaya qoşulacaq”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” görüşü sabah saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Seçilən
14
2
msport.az

3Mənbələr