AZ

Efirdə məşhur aparıcıya Ərdoğan ZARAFATI - VİDEO

Türkiyənin Beyaz TV kanalında yayımlanan "Sakın Kaçırma" proqramında həm tamaşaçıları, həm də studiyadakı aparıcıları təəccübləndirən anlar yaşanıb.

Milli.Az xəbər verir ki, canlı yayım zamanı rejidən "Cümhurbaşkanı yayına qoşulacaq" xəbərdarlığı gəlib. Bundan sonra aparıcı Erhan Çelik "Cənab Prezidentimiz xəttdədir" ifadəsi ilə anons edib. Bu sözlər studiyada qısa müddətli gərginlik və həyəcan yaradıb.

Telefonun digər ucundakı şəxs əvvəlcə tamaşaçıları salamlayıb, Ramazan ayının xeyirli və bərəkətli olmasını arzulayıb. Daha sonra "Erhan, necə gedir?" sualını ünvanlayıb. Erhan Çelik əvvəlcə çaşqınlıq yaşasa da, "Sağ olun, efendim. Yenidən ekranlardayam" cavabını verib.

Ardınca aparıcı Evrim Kekliklerə müraciət edilib və onun geyimi ilə bağlı zarafat edilib: "Evrim xanım, sizi hazırda ekrandan izləyirəm. Qara geyinmisiniz, Ramazanı bir az daha rəngli qarşılamaq yaxşı olar". Bu sözlər aparıcının üzündə gərginlik yaradıb. O isə "Haqlısınız, daha diqqətli olacağam" deyə cavab verib.

Bir müddət sonra isə həqiqət üzə çıxıb. Məlum olub ki, xəttdə olan şəxs Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyil, onun səsini və danışıq tərzini təqlid etməklə tanınan Muhammed Nur Nahya imiş. Sürprizin arxasında isə Erhan Çelikin olduğu bildirilib.

Studiyada yaşanan bu zarafat həm aparıcıları, həm də tamaşaçıları təəccübləndirib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hüseyn
Milli.Az

Seçilən
22
1
milli.az

2Mənbələr